Ana Sayfa > Karusel / Gündəm > Bakıda avtomobildən 9 min manatdan çox pul oğurlanıb

Bakıda avtomobildən 9 min manatdan çox pul oğurlanıb


24-03-2022, 12:55. Yazar: Admin

Bakıda avtomobildən 9 min manatdan çox pul oğurlanıb

Bakının Binəqədi rayonunda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, martın 19-da rayon ərazisində bir avtomobildən 4 750 manat və 2 650 ABŞ dolları, ev açarları və sənəd oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini S. Həsənov saxlanılıb.


Geri dön