Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda özəl sektorun kreditləşməsi 3%-dən çox artıb

Azərbaycanda özəl sektorun kreditləşməsi 3%-dən çox artıb


24-03-2022, 12:51. Yazar: Admin

Azərbaycanda özəl sektorun kreditləşməsi 3%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 3,3% artaraq martın 1-nə 15,953 mlrd. manat təşkil edib. İllik müqayisədə bu göstərici 24,3% artıb.

Qarabaginfo.az bildirir ki, "APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, iqtisadiyyata cəmi kredit qoyuluşlarının 94,4%-ni təşkil edir və ilin əvvəlindən 0,2 faiz bəndi çoxdur. Özəl sektora verilən kreditlərin 56,1%-i ev təsərrüfatlarının payına düşüb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) gözləntilərinə görə, bu il Azərbaycanda özəl sektora kredit qoyuluşlarının həcmi 9,1% artacaq.


Geri dön