Ana Sayfa > Karusel / Dünya > Stoltenberqin səlahiyyət daha bir il artırıla bilər

Stoltenberqin səlahiyyət daha bir il artırıla bilər


24-03-2022, 07:52. Yazar: Admin

Yens Stoltenberq

 

NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti daha bir il artırıla bilər.

Bu barədə Belga agentliyi diplomatik mənbələrə istinadla məlumat verib.

Agentlik bildirir ki, Stoltenberqin mandatının uzadılması məsələsi NATO-nun bu gün başlayacaq fövqəladə sammitinin gündəliyinə salınıb. Ukrayna münaqişəsinə görə gərginlik hökm sürdüyü dövrdə Alyans rəhbər dəyişikliyinə getmək istəmir.

63 yaşlı Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Mandatı 2017 və 2019-cu illərdə 2 dəfə uzadılan sədrin səlahiyyət müddəti sentyabrın 30-da başa çatır. O, NATO-ya ən uzun müddət rəhbərlik etmiş şəxs kimi tarixə düşüb.

Norveçin Maliyyə nazirliyi bildirib ki,Stoltenberqin mandatı bir və ya iki il uzadıla bilər.


Geri dön