Ana Sayfa > Karusel / Region > Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırılıb

Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırılıb


24-03-2022, 07:41. Yazar: Admin

 

Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırılıb

Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.

Bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib.

“NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.


Geri dön