Ana Sayfa > Karusel / Gündəm > Co Bayden Belçikaya yola düşüb

Co Bayden Belçikaya yola düşüb


23-03-2022, 23:50. Yazar: Admin

Co Bayden

ABŞ Prezidenti Co Bayden belçikanın paytaxtı Brüsselə yola düşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, ABŞ Prezidenti Avropaya səfəri çərçivəsində Ukraynada vəziyyətlə bağlı NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının martın 24-də keçiriləcək fövqəladə sammitində iştirak edəcək.

Co Bayden, G7 ölkələrinin liderləri ilə görüşəcək, Avropa Şurasının sessiyasında Avropa İttifaqına üzv ölkələrin liderlərinə müraciət edəcək. Baydenin martın 25-də Polşaya səfər edəcəyi və Prezident Andjey Duda ilə məsləhətləşmələr aparacağı bildirlib.


Geri dön