Ana Sayfa > Karusel / Gündəm > Mer: “Xarkovda minədək yaşayış binası dağılıb”

Mer: “Xarkovda minədək yaşayış binası dağılıb”


23-03-2022, 23:27. Yazar: Admin

Mer: “Xarkovda minədək yaşayış binası dağılıb”

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda 1000-dək yaşayış binası dağıdılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə şəhərin meri İqor Terexov bildirib.

O, qeyd edib ki, Rusiya qoşunlarının atəşi nəticəsində şəhərdə ümumilikdə 1 143 bina dağıdılıb ki bunlardan 998-i yaşayış binasıdır.

Qeyd edək ki, Xarkov Rusiya ilə sərhəddən 30 kilometr məsafədə yerləşdir. Ukrayna silahlı qüvvələri şəhərin müdafiəsini davam etdirir.


Geri dön