Ana Sayfa > Karusel / Region > Ukrayna rus oliqarxların Putinlə bağlı planının üstünü açdı
Ukrayna rus oliqarxların Putinlə bağlı planının üstünü açdı23-03-2022, 21:04. Yazar: Admin |
Rus oliqarxları Rusiya Prezidenti Vladimir Putinin fiziki olaraq vəzifəsindən kənarlaşdırılması imkanlarını müzakirə edirlər. Qarabaginfo.az xəbər verir ki, bu iddianı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi yayıb. Bildirilir ki, Moskvada Rusiyanın iki nüfuzlu şəxsi Aleksandr Maşkeviç və Pyotr Avenin görüşü baş tutub. Görüşün mövzusu Ukraynada Putinin başlatdığı müharibəyə görə Rusiya Federasiyasına və konkret iş adamlarına qarşı tətbiq edilən sanksiyalar olub. Məlumatda qeyd edilir ki, Rusiyanın böyük biznesinin nümayəndələri indi güc blokundan diktatora və ya onun yaxın ətrafına təsir imkanlarını axtarırlar. Amma bu, Putinin ciddi təcriddə olması və praktiki olaraq heç kimi ona yaxın buraxmaması ilə çətinləşir. Həmçinin əlavə edilib ki, bununla belə, Ukrayna kəşfiyyatının məlumatına görə, böyük rus biznesi artıq ən radikal addımlara hazırdır. Bəzi oliqarxlar hətta Putinin fiziki olaraq uzaqlaşdırılması üçün pul ödəməyi müzakirə edirlər.(Qafqazinfo) Geri dön |