Artıq Mərkəzi Seçki Komissiyası VI çağırış Milli Məclisə seçkilərin nəticələrini elan edib. “Qafqazinfo” xəbər verir ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiq etdikdən sonra namizədlər deputat mandatını əldə edəcəklər. Budəfəki çağırışda Milli Məclisin deputat korpusunda 43 yeni sima var.
“Qarabaginfo” ilk dəfə deputat seçilən şəxslərin hazırkı fəaliyyətini araşdırıb. Bildirək ki, yeni simalar arasında dövlət və özəl sektorda çalışanlar var. Onlardan biri icra başçısı, digəri isə dövlət komitəsinin sədridir. Siyahıda həkim, təhsil işçisi, şöbə müdiri olanlar da var.
İki nəfər işsizdir, bir nəfər isə müvəqqəti işsizdir. Həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətində, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çalışanlar da var.
Qafqazinfo.az
7 saylı Ordubad-Culfa Quliyev Cəbi (YAP)- Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru
12 saylı Qaradağ-Binəqədi-Yasamal Səbinə Xasıyeva (YAP)-Lökbatan bələdiyyəsində sədr müavini
14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)- Heydər Əliyev Fondu Beynəlxalq əlaqələr departamentinin rəisi
16 saylı Yasamal seçki dairəsi Erkin Qədirli (bitərəf)- İşləmir.
17 saylı Yasamal seçki dairəsi Elnur Allahverdiyev (YAP)- Heydər Əliyev Mərkəzində direktor müşaviri
24 saylı Nizami seçki dairəsi Könül Nurullayeva (bitərəf)- “Eventoc" Tədbir Əməliyyat Komitəsinin baş direktorunun müavini
27 saylı Sabunçu seçki dairəsi Əliabbas Salahzadə (YAP)- Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdiri
29 saylı Səbail seçki dairəsi Nigar Arpadarai (bitərəf)- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
31 saylı Suraxanı seçki dairəsi Etibar Əliyev (bitərəf)- AMEA fəlsəfə institutu, böyük elmi işçi
32 saylı Suraxanı seçki dairəsi Afət Həsənova (YAP)- Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini
35 saylı Xətai seçki dairəsi Rauf Abbasov (Bitərəf)- "Yeni Müsavat" qəzetinin təsisçisi, baş redaktor
39 saylı Kəpəz seçki dairəsi Müşfiq Cəfərov (YAP)- Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi
41 saylı Sumqayıt seçki dairəsi Hicran Hüseynova (YAP)- Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri
43 saylı Sumqayıt seçki dairəsi Emin Hacıyev (YAP)- Rusiyanın azərbaycanlı Gənclər Birliyində məsul katib, İdarə Heyətinin üzvü
44 saylı Sumqayıt-Xızı seçki dairəsi Müşfiq Məmmədli (YAP)- Sumqayıt şəhər uşaq xəstəxanası, baş həkim
46 saylı Şirvan seçki dairəsi İltizam Yusifov (bitərəf)- “Şirvan operating company”
50 saylı Abşeron-Qobustan seçki dairəsi Şahin Seyidzadə (bitərəf)- Təhsil İnstitutunda direktor müavini
53 saylı Quba-Qusar seçki dairəsi Anatoliy Rafailov (bitərəf)- “Sağlam Ailə" MMC-də beynəlxalq əlaqələr üzrə ekspert
54 saylı Şabran-Siyəzən seçki dairəsi Sadiq Qurbanov (YAP)- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədr müavini
56 saylı Xaçmaz kənd seçki dairəsi Sevil Mikayılova (bitərəf)- ''Trend analitik informasiya agentliyi'', baş direktorun müavini
57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)- Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi
59 saylı Salyan seçki dairəsi Jalə Əhmədova (bitərəf)-Xüsusi Dövlət Mühafizə Xidməti
62 saylı Saatlı seçki dairəsi Əziz Ələkbərov (YAP)- AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsində aparıcı elmi işçi
63 saylı Sabirabad seçki dairəsi Kamal Cəfərov (YAP)- Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi
64 saylı Sabirabad seçki dairəsi Ramin Məmmədov (YAP)- Diasporla iş üzrə Dövlət Komitəsində sədr müavini
66 saylı Biləsuvar seçki dairəsi Bəhruz Məhərrəmov (bitərəf)- "Paşa Sığorta" ASC-də korporativ hüquq xidmətinin rəhbəri
70 saylı Masallı şəhər seçki dairəsi Məşhur Məmmədov (YAP)- Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası
71 saylı Masallı kənd seçki dairəsi Anar İsgəndərov (YAP)- Bakı Dövlət Universitetində kafedra müdiri
79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf)- işsiz
84 saylı seçki dairəsi Vüqar Bayramov (bitərəf)- İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri
85 saylı Şamaxı seçki dairəsi Tamam Cəfərova (bitərəf)- Azərbaycan Dillər Universiteti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
89 saylı seçki dairəsi Məzahir Əfəndiyev (bitərəf)- Nazirlər Kabineti Aparatının maliyyə və iqtisadiyyat şöbəsi müdirinin müavini
91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP) -müvəqqəti işsiz
93 saylı Bərdə şəhər seçki dairəsi Fatma Yıldırım (YAP)- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının İnsan Resursları şöbəsinin müdiri
96 saylı Goranboy-Naftalan seçki dairəsi Anar Məmmədov (YAP)- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şöbə rəisi
99 saylı Şəmkir kənd seçki dairəsi Nurlan Həsənov (YAP)- Prezident Adminstrasiyasi hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi
101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Elşad Mirbəşiroğlu (YAP)- “Sosial Tədqiqatlar Mərkəzi" İdarə Heyətinin sədr müavini
102 saylı Samux-Şəmkir seçki dairəsi Nizami Səfərov (YAP)- Milli Məclis aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Arzu Nağıyev (bitərəf)- "Trend Agentliyi" MMC direktor müavini
113 saylı Şəki şəhər seçki dairəsi Vüqar İsgəndərov (YAP)- Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi Ceyhun Məmmədov (YAP)- Azərbaycan İlahiyyat İnstitutunun rektoru
122 saylı Xankəndi seçki dairəsi Tural Gəncəliyev (bitərəf)- “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin sədri
123 saylı Kəlbəcər Aqil Məmmədov (YAP)- Kəlbəcər rayon icra hakimiyyətinin başçısı
Geri dön
|