Ana Sayfa > Karusel / Gündəm > “Washington Post” Azərbaycan ordusunun peşəkarlığından yazdı
“Washington Post” Azərbaycan ordusunun peşəkarlığından yazdı23-03-2022, 16:12. Yazar: Admin |
İkinci Qarabağ müharibəsi döyüş əməliyyatları zamanı zirehli texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirələr üçün bir sıra mövzular təqdim edib. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə “The Washington Post” qəzetində dərc olunan məqalədə deyilir. “Rusiya tankları məğlubiyyətə uğrayır. Müasir döyüş meydanında onlara yer varmı?” adlı məqalədə müəllif yazır ki, Rusiya-Ukrayna münaqişəsi hazırda davam etdiyi üçün hər hansı bir yekun fikir bildirmək hələ tezdir. “Amma bu günədək gördüklərimiz artıq hərbi dairələrdə müharibələrin aparılması məsələləri barədə davam edən müzakirələrdə yeni arqumentlər ortaya çıxarır. Bu, xüsusilə də, döyüş əməliyyatları zamanı tankların istifadəsinin aktuallığı barədədir”, - müəllif bildirir. Qeyd olunur ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsində “Bayraktar TB2” PUA-larının və İsrail istehsalı olan döyüş sursatlarının istifadəsi Azərbaycan üçün çox səmərəli oldu. Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan müharibəsi zirehli texnikanın istifadə olunmasının tərəfdarları və əleyhdarlarına müzakirə üçün çoxlu mövzular verdi. “Başlıca müzakirə mövzularından biri o idi ki, dronların dəqiq zərbələri ilə tankların məhv edilməsi zirehli texnikaların istifadəsinin sonunu ifadə edir, yoxsa pis müdafiə olunan zirehli texnikanın nə ilə üzləşə biləcyinin nümunəsidir?” – məqalədə qeyd olunur. Müəllif qeyd edir ki, artıq bəzi şəxslər tank və zirehli transportyorların köhnəldiyini bəyan edir. Onlar həddən çox bahadır və tank əleyhinə vasitələr və dronlarla çox asan məhv edilir. “VICE News” nəşrində yer almış digər məqalədə də Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi zamanı dronların uğurlu istifadəsi vurğulanır. "Müharibə vaxtı Azərbaycan qoşunları dronların tətbiqi ilə Ermənistan texnikasını uğurla məhv edirdi”, - məqalədə vurğulanır. Geri dön |