Ana Sayfa > Karusel / Gündəm > Gürcüstanda yanacağın qiyməti yenidən artdı

Gürcüstanda yanacağın qiyməti yenidən artdı


23-03-2022, 15:02. Yazar: Admin

Gürcüstanda yanacağın qiyməti yenidən artdı

Gürcüstanda avtomobil yanacağının qiyməti yenidən artıb.

Qarabaginfo.az xəbər verir ki, bəzi yanacaqdoldurma məntəqələrində benzin növündən asılı olaraq 3,70 -4 lari arasında dəyişir.

Maraqlıdır ki, dizel yanacağının qiyməti daha fərqlidir. Növündən asılı olaraq dizelin qiyməti 3,65-4,09 lari arasında dəyişir.

Ölkədə ən bahalı - “Super” markalı benzin 4 lariyə (1,24 dollar), “Eco- dizel” isə 4,09 lariyə (1,27 dollar) satılır.

İqtisadçı ekspertlərin sözlərinə görə, ölkədə qeydə alınan bu artım London birjasında neftin qiymətinin 2 dollar artaraq 118,30 dollar olması ilə əlaqədardır.

Ekspertlər yanacağın qiymətinin daha da artacağını istisna etmirlər.

Proqnozlara görə, yanacağın qiymətinin artımı Gürcüstanda gündəlik tələbat mallarının da bahalaşmasına səbəb olacaq.


Geri dön