Ana Sayfa > Karusel / Gündəm > Alvadı çayı öz məcrasına qayıdıb

Alvadı çayı öz məcrasına qayıdıb


23-03-2022, 13:46. Yazar: Admin

Alvadı çayı öz məcrasına qayıdıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Masallı Rayon İcra Hakimiyyətinin Təzə Alvadı kəndi üzrə ərazi nümayəndəsi Fəxrəddin Məmmədov məlumat verib.

Nümayəndə bildirib ki, Təzə Alvadı, Meşəkənarı, Əhmədli kəndlərindən ümumilikdə Alvadı çayının daşması səbəbindən FHN-in qüvvələri tərəfindən 23 ailə qayıqlarla təhlükəli ərazidən təxliyə olunub.

"Kənddə 120 hektar kartof sahəsi suyun altındadır. Bundan başqa, bir tövlədə 93 başa yaxın qoyun, çoxlu sayda toyuq-cücə tələf olub, əkin sahələri suyun altında qalıb”, - deyə F.Manafov qeyd edib.


Geri dön