Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN başçısı: “Qərbin yekun məqsədi təkqütblü dünyanı dirçəltməkdir”
Rusiya XİN başçısı: “Qərbin yekun məqsədi təkqütblü dünyanı dirçəltməkdir”23-03-2022, 13:12. Yazar: Admin |
“Dünyada baş verənlər ancaq Ukrayna ilə bağlı deyil. Bu, yeni dünya düzəni yaratmaq cəhdidir”. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münaisbətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.
“Qərbin yekun məqsədi təkqütblü dünyanı dirçəltməkdir. Qərb istənilən rəqibini cilovlamaq istəyir. İndi bu Rusiyadır, növbəti hədəf Çin ola bilər”, deyə Rusiya XİN başçısı vurğulayıb. Lavrov Ukraynanın Rusiyanın müstəqilliyini boğmaq üçün alət kimi seçildiyini söyləyib: “Hazırda dünyada həyata keçirilən anti-Rusiya fəaliyyətləri Qərb sivilizasiyasının hökmü olacaq. Bütün maariflənmiş Qərb rusca olan hər şeyə qarşı “fas” əmri alıb" - deyə XİN başçısı qeyd edib. Geri dön |