Ana Sayfa > Karusel / Gündəm > Paytaxt sakininə dələduzluq edən şəxs tutuldu
Paytaxt sakininə dələduzluq edən şəxs tutuldu23-03-2022, 12:22. Yazar: Admin |
Paytaxt sakininə dələduzluq etməkdə şübhəli bilinən edən şəxs saxlanılıb. Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirib. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Geri dön |