Ana Sayfa > Karusel / Cəmiyyət > Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Son iki gündə yol qəzalarında 6 nəfər ölüb


23-03-2022, 11:35. Yazar: Admin

Son iki gündə yol qəzalarında 6 nəfər ölüb

Azərbaycanda son iki gündə baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, martın 21-i və 22-də yol qəzalarında 6 nəfər ölüb.

Belə ki, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Geri dön