Ana Sayfa > Karusel / Gündəm > XİN rəhbəri: “Qərbin İslam düşmənçiliyi ilə mübarizə aparacağını gözləməməliyik”

XİN rəhbəri: “Qərbin İslam düşmənçiliyi ilə mübarizə aparacağını gözləməməliyik”


22-03-2022, 17:48. Yazar: Admin

Mövlud Çavuşoğlu

Qərb ölkələri terrorla və islam düşmənçiliyi ilə mübarizədə ikili standartlar sərgiləyir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O qeyd edib ki, üçüncü tərəfləri günahlandırmaq yerinə İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində üzv ölkələr daha sıx əməkdaşlıq sərgiləməli, birgə addımlar atmalıdırlar.

Nazir əlavə edib ki, Türkiyə Əfqanıstana da humanitar yardımları davam etdirir, 250 tondan çox humanitar yardımdan ibarət 3 qatar artıq İran və Türkmənistan ərazisi vasitəsi ilə Əfqanıstana çatıb, 4-cü qatar isə yaxın günlərdə yola düşəcək.

Çavuşoğlu ölkəsinin Taliban hakimiyyətini tanımadığını xatırladaraq, Əfqanıstanın ölkə kimi dağılmaması üçün onlarla əlaqədə olmağın vacibliyini vurğulayıb.


Geri dön