Ana Sayfa > Karusel / Sosial > Sabah qar yağacaq 

Sabah qar yağacaq 


22-03-2022, 12:23. Yazar: Admin
Bu necə yaz havasıdır? – Sabah da qar yağacaq 

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a daxil olan xəbərə görə, səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu gecə 1-3° isti, gündüz  6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi  normadan yüksək 773  mm civə sütunundan 776  mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə  1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz  0-5° şaxta olacaq.   


Geri dön