Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan səfiri İran parlamentinin erməni əsilli deputatlarına cavab verib
Azərbaycan səfiri İran parlamentinin erməni əsilli deputatlarına cavab verib22-03-2022, 11:46. Yazar: Admin |
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməni əsilli deputatının etiraz etməsinə münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.
“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməni əsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar. Ümid edirəm din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - deyə səfir bildirib. Geri dön |