Ana Sayfa > Karusel / Siyasət > ŞƏT seçkiləri şəffaf və demokratik hesab etdi

ŞƏT seçkiləri şəffaf və demokratik hesab etdi


10-02-2020, 11:38. Yazar: Admin

 

 

“Azərbaycanda seçkilər uğurlu, qanuni, şəffaf və demokratik şəkildə keçirildi”.

"Qarabaginfo” xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nümayəndə heyətinə rəhbərlik edən təşkilatın baş katibinin müavini Şerali Conon deyib.

“Seçkilərdə xüsusi problem olmadı, seçki prosesinə təsir etməyən xırda pozuntular qeydə alındı. ŞƏT seçkilərin Azərbaycan qanunvericiliyinə uyğun və bütün beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə keçirildiyini düşünür”, - o bildirib. 


Geri dön