Ana Sayfa > Karusel / Gündəm > Boris Conson və Şarl Mişel arasında telefon danışığı olub
Boris Conson və Şarl Mişel arasında telefon danışığı olub22-03-2022, 00:44. Yazar: Admin |
Britaniyanın Baş naziri Boris Conson və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Qarabaginfo.az-ın xəbərinə görə, liderlər davamlı əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər və baş nazir bu günə qədər Şarl Mişelə bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edib. Həm baş nazir, həm də Avropa İttifaqı Şurasının prezidenti Rusiyaya sanksiyalar vasitəsilə təzyiq göstərilməsi və Ukrayna hökumətinə əlavə maliyyə yardımının ayrılmasının vacibliyini qeyd ediblər. Baş nazir həmçinin Ukraynaya əlavə müdafiə dəstəyinin verilməsi və Qərbin Rusiya karbohidrogenlərindən asılılığını azaltmaq üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Geri dön |