Ana Sayfa > Karusel / Gündəm > "Bu dəyişikliklər tarixi hadisə ola bilər" - Zelenski
"Bu dəyişikliklər tarixi hadisə ola bilər" - Zelenski21-03-2022, 23:32. Yazar: Admin |
“Rusiya ilə ehtimal olunan kompromisli razılaşma, o cümlədən təhlükəsizlik təminatına dair zəmanət Ukraynada referenduma çıxarılmalıdır”. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibəsi zamanı deyib. “Mən danışıq aparan heyətlərə izah etmişəm ki, dəyişikliklər tarixi hadisə ola bilər. Biz tələsmirik və referenduma getməliyik. Xalq kompromisin bu və ya digər formasına münasibət bildirməlidir. Bunun necə olacağı isə Ukrayna və Rusiya arasındakı danışıqların mövzusudur. Bu səbəbdən mən istənilən halda xalqla birlikdə olacağamsa hər şeyə getməyə hazıram”, - deyə Zelenski bildirib. Geri dön |