Ana Sayfa > Karusel / Gündəm > Bolqarıstan COVID-19 sertifikatını ləğv edir

Bolqarıstan COVID-19 sertifikatını ləğv edir


21-03-2022, 22:51. Yazar: Admin

Bolqarıstan COVID-19 sertifikatını ləğv edir

Bolqarıstanda ictimai tədbirlərdə və izdihamlı yerlərdə iştirak etmək üçün tələb olunan COVID-19 sertifikatları ləğv edilib.

Qarabaginfo.az xəbər verir ki, ali təhsil müəssisələrinin tam iş şəraiti bərpa edilib, lakin dərslərin keçirildiyi binaların mütəmadi olaraq havalandırılması və dezinfeksiya edilməsi tələbi qüvvədə qalır. Bundan əlavə, tələbələr və müəllimlərdən hələ də qoruyucu maskalar taxmaq tələb olunur.

Məhdudiyyətlərin aradan qaldırılması proqramı çərçivəsində sanitar orqanların növbəti tədbiri martın sonuna planlaşdırılan məktəblilər üçün koronavirus üçün məcburi testin ləğvi olacaq.

 


Geri dön