Ana Sayfa > Karusel / Gündəm > “Birinci Kanal” Marinanı Britaniya səfirliyi ilə əlaqədə ittiham etdi

“Birinci Kanal” Marinanı Britaniya səfirliyi ilə əlaqədə ittiham etdi


21-03-2022, 21:46. Yazar: Admin

“Birinci Kanal” Marinanı Britaniya səfirliyi ilə əlaqədə ittiham etdi

“Birinci Kanal”ın Xəbərlər Departamentinin rəhbəri Kirill Kleymenov “Vremya” verilişinin canlı yayımında Ukraynadakı müharibəyə etiraz edən Marina Ovsyannikovanın hərəkətini xəyanət adlandırıb.

 

 

Kleymenov qeyd edib ki, bu, planlaşdırılmış aksiyadır.

“Bizdə olan məlumata görə, aksiyadan əvvəl Marina Ovsyannikova Britaniya səfirliyi ilə danışıb”, - deyə Kleymenov bildirib.

Kleymenov əmin olduğunu bildirib ki, Ovsyannikova hamıya, o cümlədən 20 ilə yaxın birgə işlədiyi insanlara xəyanət edib.


Geri dön