Ana Sayfa > Karusel / Gündəm > Zelenski Rusiyanın Ukraynaya ultimatumlarına cavab verib

Zelenski Rusiyanın Ukraynaya ultimatumlarına cavab verib


21-03-2022, 21:33. Yazar: Admin

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ultimatumlarının ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

Bu barədə Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, Rusiya yalnız Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

"Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz. Bundan ötrü hamımızı məhv etmək lazımdır, onda onların ultimatumu yerinə yetiriləcək. Məsələn, Xarkovu, Mariupolu və ya Kiyevi verməklə bağlı. Nə Xarkov, Mariupol, nə Kiyev, nə də mən, Prezident, biz bunu edə bilərik”, - Zelenski qeyd edib.


Geri dön