Ana Sayfa > Karusel / Gündəm > Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir

Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir


21-03-2022, 20:56. Yazar: Admin

 Rusiyada “WhatsApp”ın bloklanması təklif edilir

Rusiyanın İctimai Palatası Federasiya ərazisində “WhatsApp” mesencerinin bloklanmasını təklif edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu TASS agentliyinə palatanın işçi qrupunun rəhbəri Aleksandr Malkeviç bildirib.

Qrup rəhbəri bildirib ki, ölkədə Meta şirkətinin məhsulları olan “Facebook” və “Instagram” bağlandığı halda, şirkətə məxsus mesencerin açıq saxlanması məntiqsizdir. “WhatsApp” mesencerində kifayət qədər yalan xəbər yayıldığı halda, onu istisna hal kimi açıq saxlamaq olmaz.


Geri dön