Ana Sayfa > Karusel / Region > "Ruslar Mariupolda 3000-dən çox dinc sakini öldürüb"

"Ruslar Mariupolda 3000-dən çox dinc sakini öldürüb"


21-03-2022, 20:35. Yazar: Admin

"Ruslar Mariupolda 3000-dən çox dinc sakini öldürüb" - VİDEO 

"Rus işğalçıları Mariupolun dinc əhalisinə atəş açmağa davam edir. Martın 21-nə olan məlumata görə, qurbanların sayı 3 min nəfərdən çoxdur".

Qarabaginfo.az xəbər verir ki,  bu  barədə Azov alayının komandiri mayor Denis Prokopenko "CNN"ə açıqlamasında Mariupolda Rusiya təcavüzünün qurbanları haqqında danışıb.

“Mülki əhali arasında qurbanların sayı hər gün artır, indi (martın 21-nə olan məlumata görə) bu, 3 mindən çoxdur.  Bir çox cəsədlər küçələrdə basdırılmadan qalır. Və bəzi insanlar da dağıntılar altında diri-diri qalır", - alay komandiri bildirib. 

Prokopenkonun sözlərinə görə, ukraynalı müdafiəçilər mülki şəxslərə su və yeməklə kömək etməyə çalışırlar, lakin bu kifayət deyil. Bundan əlavə, Mariupolda insanlar üçün təhlükəsiz yerlər yoxdur, çünki düşmən raketləri evlərə düşüb, “insanları öz çarpayılarında öldürür”.

 


Geri dön