Ana Sayfa > Karusel / Gündəm > Rusiya Baydenin Putin haqqında dediklərinə görə ABŞ-a nota verib
Rusiya Baydenin Putin haqqında dediklərinə görə ABŞ-a nota verib21-03-2022, 19:49. Yazar: Admin |
ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Qarabaginfo.az-ın məlumatına görə, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinin ünvanına son zamanlar qəbuledilməz çıxışları ilə əlaqədar səfirə etiraz notası təqdim edilib. “Martın 21-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ səfiri Con Sallivana demarş edilib və Ağ Evin rəhbəri Co Baydenin bu yaxınlarda Rusiya prezidentinin ünvanına səsləndirdiyi qəbuledilməz çıxışlarla əlaqədar etiraz notası təqdim edilib”, - deyə Rusiya XİN-nin yaydığı məlumatda bildirilib. Qeyd edək ki, Co Bayden Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” hesab etdiyini bildirib.
Geri dön |