Ana Sayfa > Karusel / Gündəm > Ömer Çelik: Rusiya və Ukrayna arasında danışıqlarda yaxınlaşma var
Ömer Çelik: Rusiya və Ukrayna arasında danışıqlarda yaxınlaşma var21-03-2022, 19:13. Yazar: Admin |
Rusiya və Ukrayna arasında danışıqlara dair 6 maddənin 3 və ya 4-də yaxınlaşma var. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyənin hakim AK Partiyasının sözçüsü Ömer Çelik deyib. O qeyd edib ki, tam razılıq əldə etmək üçün iki liderin görüşməsi ilə bağlı məsələdə vəziyyət kirtikdir. “Türkiyə bir daha iki liderin görüşünə ev sahibliyi etməyə hazır olduğunu vurğulayır. Daimi atəşkəsin və sülhün bərqərar olunması son dərəcə vacibdir”,- deyə o bildirib. Çelik əlavə edib ki, NATO ölkələrinin liderlərinin iclasında Rəcəb Tayyib Ərdoğanın iştirakı bu anlamda çox önəmlidir. Bundan əlavə, o Türkiyə vətəndaşlarının Ukraynadan təxliyə etməsi prosesin də davam etdiyini xatırladaraq, ölkəsinin Ukraynaya verdiyi dəstəyi davam etdirəcəyini vurğulayıb. Geri dön |