Ana Sayfa > Karusel / Gündəm > Kadırov Çeçenistandan Ukraynaya yeni döyüşçülər göndərdi

Kadırov Çeçenistandan Ukraynaya yeni döyüşçülər göndərdi


21-03-2022, 18:08. Yazar: Admin

Çeçenistanın rəhbəri Ramzan Kadırov yeni bölmələrdən ibarət çeçen döyüşülərin Ukraynaya göndərildiyi əks olunan video nümayiş etdirib.
Qarabaginfo.az xəbər verir ki, Kadırov videonu  Telegram kanalında yayıb.
"Bu, dövlətinə xidmət etmək istəyənlərin yalnız kiçik bir hissəsidir. Çeçenistan Respublikasından minlərlə könüllü və hüquq-mühafizə orqanlarının əməkdaşı döyüşə tələsir, lakin biz onların arasından ən yaxşı və motivasiyalı əsgərləri seçmişik. Şübhə etmirik ki, onlar öz döyüş tapşırıqlarının öhdəsindən gələcəklər”, – Kadırov bildirib.

Çeçenistan rəhbəri ukraynalı döyüşçüləri növbəti dəfə hədələyib, vulqar ifadələri ilə onları aşağılayıb.


Geri dön