Ana Sayfa > Karusel / Gündəm > Bəşir Hacıyev: “Suqovuşanda 144 nəfərlik məktəb təmir olunacaq”
Bəşir Hacıyev: “Suqovuşanda 144 nəfərlik məktəb təmir olunacaq”21-03-2022, 17:49. Yazar: Admin |
"44 günlük Vətən müharibəsində Tərtər rayonu Suqovuşan qəsəbəsində fərdi yaşayış binası təmir olunub təhvil verilib. Yaşayış binasının ümumi sahəsi 148 kvadratdan - 92 kvadrat yaşayış sahəsi olan 3 otaq, bir mətbəx, 2 sanitar qovşaqdan ibarətdir. Evin əsas fasad hissəsi dekorativ daşlardan işlənmişdir. Bu da yerləşdiyi ərazinin ahəngini təmin edir”. Qarabaginfo.az-ın xəbərinə görə, bunu Qarabağ İqtisadi rayonuna aid olan işğaldan azad olunmuş Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Bəşir Hacıyev deyib. O, bildirib ki, fasadın hazırlanmasında suya davamlı boya materialından istifadə olunub: “Fərdi yaşayış binasının əhatəsi abadlaşdırılıb, ağaclar əkilib. Yaşayış binasına su, işıq xətti çəkilib. Yol asfaltla üzlənib. Suqovuşan qəsəbəsində məktəbin təmiri planlaşdırılır. Məktəb bir hektar ərazidə yerləşir. Burda 144 nəfərlik məktəb təmir olunacaq. Məktəb işçi layihə hazırlandıqdan sonra, təhvil veriləcəkdir. Burdakı məktəbdə 12 sinif otağı, 60 nəfərlik akt zalı olacaq”. Qeyd edək ki, işğal dövründə ermənilər məscidləri, türbələri və digər inanc yerlərini tamamilə dağıdıb. Qarabağda rəsmi fəaliyyət göstərmiş - Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8 olmaqla 67 məscid məsciddən 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olan ərazilərdə yeni məscidlər tikilir ya da bərpa olur. Geri dön |