Ana Sayfa > Karusel / Siyasət > Səsverməyə start verildi

Səsverməyə start verildi


9-02-2020, 09:00. Yazar: Admin

 

Səsverməyə start verildi

 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərinin başlanmasını elan edib.

Qarabaginfo xəberir ki, M. Pənahov bildirib ki, səsvermə prosesi saat 8:00- da başlayıb.

Dövlət Himninin səsləndirilməsi ilə seçki prosesinə start verilib.

Hazırda MSK sədrinin mətbuat konfransı keçirilir.

M.Pənahov bildirib ki, bu gün Azərbaycanda tarixi bir gündür: "Milli Məclisə seçkilər keçirilir. Seçkilər 125 dairə üzrə 5573 seçki məntəqədə baş tutacaq. Bütün məntəqələr tam hazır vəziyyətə gətirilib. Saat 8:00-da məntəqələr səsvermə prosesi üçün açıq elan ediləcək. 

Məntəqə seçki komissiyasının üzvlərinə bildirirəm ki, onların işini Seçki Məcəlləsinin tələbinə uyğun qurmalıdır. Heç bir tərəfə maneəçilik yaradılmamalıdır. Bu gün məntəqələrin əsas sahibi seçicilərdir. Azərbaycan seçiciləri arxayın ola bilər ki, onların sərbəst və azad səsverməsi üçün bütün şərait yaradılıb".

Qafqazinfo.az

 


Geri dön