Ana Sayfa > Karusel / Region > Putinlə Zelenski nə vaxt görüşəcək? - Kremldən açıqlama

Putinlə Zelenski nə vaxt görüşəcək? - Kremldən açıqlama


21-03-2022, 16:09. Yazar: Admin
Kreml Putin-Zelenski görüşünün mümkünlüyünü istisna etmir

Kremli Rusiya-Ukrayna danışıqlarının dinamikası qane etmir.

Qarabaginfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlarda irəliləyişin səviyyəsi yəqin ki, arzuolunan deyil”, - Kreml sözçüsü jurnalistlərin prosesin hansı mərhələdə olduğu barədə sualını cavablandırarkən bildirib.

Bundan əlavə, Peskov Ukrayna tərəfinə təsir edə biləcək hər kəsi bu fürsətdən istifadə edərək “Kiyevi daha mülayim, konstruktiv hala gətirməyə” çağırıb.

Prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında şəxsi görüşün mümkünlüyündən danışan Kremlin sözçüsü qeyd edib ki, bundan əvvəl “danışıqları aparmaq və nəticələri razılaşdırmaq lazımdır”.

O, izah edib ki, indiyədək dövlət başçıları tərəfindən müəyyən edilə biləcək heç bir razılaşma yoxdur.(Yenisabah.az)


Geri dön