Ana Sayfa > Karusel / Region > Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib


21-03-2022, 14:58. Yazar: Admin

Gürcüstanın Baş naziri Azərbaycanla əməkdaşlığa dair layihələr təqdim edəcək

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuliyə səfər edib.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, o, Marneuli meriyasının Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirə qatılıb.

Hökumət başçısı soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.

O, etnik azərbaycanlılara və müsəlman həmvətəndaşlara cansağlığı, sülh və tərəqqi arzulayıb.

İ.Qaribaşvili müsəlman icmasının Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu bildirib: “Biz həmişə bir yerdə olmuşuq və ölkəmizin ümumi tarixini yaradırıq. Hökumət adından etnik azərbaycanlılara və hər bir müsəlmana dövlət quruculuğuna verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm”.


Geri dön