Ana Sayfa > Karusel / Gündəm > Bakıda havanın mülayimləşəcəyi gözlənilir

Bakıda havanın mülayimləşəcəyi gözlənilir


21-03-2022, 14:29. Yazar: Admin

Bakıda havanın mülayimləşəcəyi gözlənilir

Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur

Bundan başqa, direktor bildirib ki, martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq:

Bölgələrdə isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.


Geri dön