Ana Sayfa > Karusel / Region > Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə edib


21-03-2022, 13:23. Yazar: Admin

Lavrov və Ceyhun Bayramov Qarabağdakı vəziyyəti müzakirə edib

Martın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Qarabaginfo.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Geri dön