Norveçin şimal-qərbində Nordland rayonunda qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin ekipaj üzvlərinin cəsədləri tapılıb.
Bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzaya uğrayan təyyarənin 4 ekipaj üzvündən hamısı ölüb.
Onlar Norveçdə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edirdi.
Norveçdə içərisində 4 nəfərin olduğu ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.