Ana Sayfa > Karusel / Dünya > Entoni Blinken Novruz bayramı münasibəti ilə təbrik ünvanlayıb

Entoni Blinken Novruz bayramı münasibəti ilə təbrik ünvanlayıb


20-03-2022, 22:15. Yazar: Admin

Entoni Blinken Novruz bayramı münasibəti ilə təbrik ünvanlayıb

ABŞ dövlət katibi Entoni Blinken Dünyanın müxtəlif nöqtələrində Novruz bayramını qeyd edənləri təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentin saytında məlumat yayılıb.

“Dünyanın müxtəlif nöqtələrində Novruz bayramını qeyd edənləri Dövlət Departamentinin adından təbrik edirəm. Amerika Birləşmiş Ştatlarında, İranda, Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada, Avropada və ya dünyanın başqa yerlərində, ümid edirik ki, bu yeni gün sağlamlıq, xoşbəxtlik gətirər, dostlar və yaxınlarınızla münasibətlərinizi yeniləmək üçün vəsilə olar.

Ailə və dostlarla bir araya gəlmək, Haft-Sin'i bəzəmək və Haft Mewa kimi yeməklər hazırlamaq və yeməkləri bölüşmək bu bayramı xüsusi edən beynəlxalq ənənələrinin yalnız bir hissəsidir. Qlobal pandemiya bu adətləri qeyd etməyi çətinləşdirsə də, ümid edirik ki, bu il qlobal sağlamlıq qayıdacaq.

Bahar fəslinin verdiyi ruzi ilə hamımız yenilənək, cavanlaşaq. Novruz bayramı Piruz! Novruz Mübarək!”


Geri dön