Ana Sayfa > Karusel / Region > Ukrayna Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Rusiyanın itkilərini açıqlayıb


20-03-2022, 15:00. Yazar: Admin

Ukrayna Baş Qərargahı: şiddətli döyüşlər gedir

Ukrayna Rusiyanın itkilərini açıqlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook"da paylaşım edib.

Qeyd edilib ki, fevralın 24-dən martın 20-dək Rusiyanın 96 təyyarəsi, 118 vertolyotu, 476 tankı, 230 artilleriya sistemi, 1 487 zirehli döyüş maşını, 44 hava hücumundan müdafiə qurğusu, 947 avtomobil texnikası, 3 kateri, 60 sisterni, 21 dronu, 12 xüsusi texnikası məhv edilib.

Ukrayna Baş Qərargahı Rusiya tərəfinin 14,7 min canlı qüvvəsini itirdiyini bildirib.


Geri dön