Ana Sayfa > Karusel / Dünya > Zelenski Makronla Rusiya ilə sülh danışıqlarını müzakirə edib

Zelenski Makronla Rusiya ilə sülh danışıqlarını müzakirə edib


20-03-2022, 12:59. Yazar: Admin

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə Ukraynadakı hərbi əməliyyatları müzakirə edib. RBK xəbər verir ki, o, bu barədə bazar günü gecə yayımlanan videomüraciətində bildirib.

"Biz Fransa Respublikasının prezidenti ilə qarşılıqlı fəaliyyətimiz, sülh üçün həll yolu tapmaq, ərazilərimizin azad edilməsi haqqında danışdıq", - Zelenski deyib.

O, Rusiya tərəfi ilə danışıqları “çətin və xoşagəlməz”, lakin zəruri adlandırıb.

Fransanın BFM kanalının məlumatına görə, Makron söhbətində “böhrandan çıxış yolunun mümkün perspektivinə” işarə edib.

Bundan əvvəl Ukrayna və Fransa prezidentləri cümə axşamı danışıblar.


Geri dön