Ana Sayfa > Karusel / Gündəm > Rusiya MN: Jitomirdə 100-dən çox ukraynalı hərbçi, əcnəbi muzdlu öldürülüb

Rusiya MN: Jitomirdə 100-dən çox ukraynalı hərbçi, əcnəbi muzdlu öldürülüb


20-03-2022, 11:50. Yazar: Admin

Rusiya MN: Jitomirdə 100-dən çox ukraynalı hərbçi, əcnəbi muzdlu öldürülüb

Rusiya silahlı qüvvələri ötən gecə Ukraynada 62 hərbi obyekti məhv edib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri 207 pilotsuz uçan aparatı, 1467 tankı və 148 reaktiv yaylım atəşi sistemini məhv edib: "Rusiya hərbçiləri Xəzər dənizindən “Kalibr” qanadlı raketləri və Krım hava məkanından “Kinjal” hipersəsli raketləri ilə Ukraynanın Nikolayev vilayətində iri yanacaq-sürtkü materialları anbarına zərbə endirib. Bundan başqa, Qara dənizdən “Kalibr” qanadlı raketləri ilə Ukraynaya məxsus zirehli texnikaları təmir olunduğu Nijın təmir zavoduna zərbə endirilib".

Müdafiə Nazirliyinin sözçüsü onu da bildirib ki, Rusiyanın Jitomir vilayətində Ukrayna xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzinə endirdiyi dəqiq zərbə nəticəsində 100-dən çox ukraynalı hərbçi və əcnəbi muzdlu ölüb.


Geri dön