Ana Sayfa > Karusel / Dünya > BMT: “Ukrayna əhalisinin dörddə biri evlərini tərk etməli olub”

BMT: “Ukrayna əhalisinin dörddə biri evlərini tərk etməli olub”


20-03-2022, 09:27. Yazar: Admin

 

Xəbərlər - Publika.az

BMT-nin miqrasiya agentliyi 6,5 milyona yaxın ukraynalının müharibənin başlaması səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Qeyd olunub ki, hazırda Ukraynada 12 milyondan çox insan artan təhlükəsizlik riskləri, körpülərin, yolların dağıdılması, sığınacaq tapmaq üçün resursların və ya məlumatın olmaması səbəbindən təsirlənmiş ərazilərdə ilişib qalıb və ya həmin ərazini tərk edə bilmir.

BMT-nin Qaçqınlar üzrə Agentliyi müharibənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən ağır qaçqın böhranına səbəb olduğunu bildirib.(Report)


Geri dön