Ana Sayfa > Karusel / Gündəm > Türkmənistanda hökumət istefaya göndərilib

Türkmənistanda hökumət istefaya göndərilib


20-03-2022, 01:19. Yazar: Admin

Sərdar Berdimuhəmmədov

Türkmənistanın yeni seçilmiş prezidenti Sərdar Berdimuhəmmədov hökuməti istefaya göndərib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Orient” nəşri məlumat yayıb.

Konstitusiyanın tələbinə əsasən hökumət tam tərkibdə istefaya gedib. Lakin nazirlər yeni kabinet formalaşanadək vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, Sərdar Berdimuhəmmədov martın 12-də keçirilən seçkilərdə 72,97% səslə qalib gəlib.


Geri dön