Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynada ilk dəfə bu silahdan istifadə etdi

Rusiya Ukraynada ilk dəfə bu silahdan istifadə etdi


20-03-2022, 00:44. Yazar: Admin

Rusiya bu gün səhər saatlarında İvano-Frankovsk vilayətinin Delyatın kəndində Ukrayna qoşunlarının raket və aviasiya sursatlarının böyük yeraltı anbarını məhv edib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov anbarın hansı silahla vurulduğunu açıqlayıb. O bildirib ki, anbara "Kinjal” hipersəs raketi ilə zərbə endirilib.

Maksimum uçuş məsafəsi 2000 kilometr olduğu bilinən raket çəkisi 480 kiloqram olan nüvə/ənənəvi döyüş başlığı daşıya bilir. Raket “Tu-22M3” bombardmançı təyyarələri və MiQ-31K qırıcıları tərəfindən daşına bilər.

Hipersəs raketlər atmosferin yuxarı hissəsində səs sürətindən beş dəfə çox və ya saatda təxminən 6200 km sürətlə hərəkət edirlər. 


Geri dön