Ana Sayfa > Karusel / Gündəm > Kalın: “Məqsədimiz Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməkdir”

Kalın: “Məqsədimiz Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməkdir”


19-03-2022, 23:55. Yazar: Admin

İbrahim Kalın

Türkiyə Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyi özünün əsas vəzifəsi hesab edir.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Əl-Cəzirə kanalına müsahibəsində Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Biz hər 2 tərəflə kanallarımızı açıq saxlayırıq. Bu çox vacib haldır. Bütün cəhdlərimiz Ukrayna və Rusiya prezidentlərinin görüşünü təşkil etməyə yönəlib. Tərəflər texniki səviyyədə Belarusda görüşüblər. Nazirlər səviyyəsində isə ilk görüş Antalyada baş tutub” – deyə Kalın vurğulayıb.


Geri dön