Ana Sayfa > Karusel / Gündəm > Bakı-İstanbul reysi ilə uçan təyyarə İzmirə enib
Bakı-İstanbul reysi ilə uçan təyyarə İzmirə enib19-03-2022, 23:00. Yazar: Admin |
Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib. “Buta Airways”dən verilən məlumata görə, hava gəmisinin kapitanı İzmir aeroportuna enməyə qərar verib.
Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb. İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək. Geri dön |