Ana Sayfa > Karusel / Gündəm > Goranboyda qadın dəm qazından zəhərlənib

Goranboyda qadın dəm qazından zəhərlənib


19-03-2022, 22:52. Yazar: Admin

 Goranboyda qadın dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd kəndində baş verib.

 

1983-cü il təvəllüdlü İlahə Ələsgərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 39 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.


Geri dön