Ana Sayfa > Karusel / Gündəm > Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib

Bakıdan İstanbula yola düşən təyyarələri əlverişsiz hava ilə bağlı eniş edə bilməyib


19-03-2022, 22:41. Yazar: Admin

شرکت هواپیمایی بوتا و معرفی وبسایت butaairways.az - ایرانیکارت

Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.

Qarabaginfo.az xəbər verir ki, hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb.

İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.


Geri dön