Ana Sayfa > Karusel / Gündəm > Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib


19-03-2022, 21:46. Yazar: Admin

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.

Qarabaginfo.az saytının məlumatına görə, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 3-cü boksçusu da çıxışını qələbə ilə başa vurub.

 

Ruslan Qədirov (54 kq) da Nicat Hüseynov (51 kq) və Cəlal Qurbanovun (63,5) ardınca adını yarımfinala yazdırıb. O, 1/4 finalda Marian Çinionu (Rumıniya) məğlub edib – 5:0 (30:27, 30:27, 29:28, 30:26, 29:28).

Boksçumuz komanda yoldaşları kimi yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 2 boksçusu 1/4 final döyüşünə çıxacaq.


Geri dön