Ana Sayfa > Karusel / Gündəm > DANX: "Bu gün 308 avtobusla 10 mindən çox sərnişin daşımışıq"

DANX: "Bu gün 308 avtobusla 10 mindən çox sərnişin daşımışıq"


19-03-2022, 20:00. Yazar: Admin

Baku International Bus Terminal Complex

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün ​ gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir".

Qarabaginfo.az bildirir ki, bunu "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib.

Qurumun açıqlamasında deyilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib:

"Martın 18-19-u tarixlərində xəttə hər gün üçün müvafiq olaraq 130 əlavə avtobus buraxılıb. Bu ana olan məlumata görə, martın 19-da daşınan sərnişinlərin sayı 10 064, xəttə buraxılan ümumi avtobusların sayı isə 308 olub.

Əsas təlabat Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Oğuz-Şəki-Qax-Zaqatala-Balakən, Bakı-Masallı-Lənkəran-Lerik-Astara istiqamətlərinə olub.

Cənub istiqaməti üzrə adi günlərdə orta hesabla günə 14 reys olur, 280-ə yaxın sərnişin daşınır. 18 mart tarixində bu istiqamətdə 36 reys təşkil edilib, 743 sərnişin daşınıb. 19 mart tarixində isə 32 reys təşkil edilib, 821 sərnişin daşınıb.

Biləsuvar istiqamətində sərnişindaşıma Bakı-Biləsuvar-Cəlilabad marşrutu üzrə həyata keçirilir. Adi günlərdə orta hesabla 6 reys olur. 18 mart tarixində bu istiqamətdə 26, 19 mart tarixində hazırkı saata 20 reys təşkil edilib. Sərnişinlərin təlabatı tam qarşılanıb və bu proses davam etdirilir.

Məlumat üçün bildirək ki, əvvəlcədən biletlərini onlayn sifariş edənlərin sayı əvvəlki illərdən daha çox olub. Tələbat əsasən Bakıdan rayonlar istiqamətindədir".


Geri dön