Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Premyer Liqası: "Sabah" "Səbail"i məğlub edib
Azərbaycan Premyer Liqası: "Sabah" "Səbail"i məğlub edib19-03-2022, 18:52. Yazar: Admin |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib. Qarabaginfo.az-ın məlumatına görə, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu 61-ci dəqiqədə Kristian Sebalyos vurub. Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "Sabah" 5-ci pillədə qərarlaşıb. Sonuncu - 8-ci yerdəki "dənizçilər"in 11 xalı var. Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0. Geri dön |