Ana Sayfa > Karusel / Gündəm > Pakistanda “Novruz və Yaz Festivalı” keçirilib

Pakistanda “Novruz və Yaz Festivalı” keçirilib


19-03-2022, 18:49. Yazar: Admin

“Novruz və Yaz Festivalı”

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi İslamabad şəhərinin Serena mehmanxanasının təşkilatçılığı ilə keçirilən “Novruz və Yaz Festivalı” adlı mərasimdə iştirak edib.

Səfirlikdən verilən xəbərə görə, mərasimdə Azərbaycan səfirliyi ilə yanaşı, Novruz bayramını qeyd edən ölkələrin səfirlikləri – Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan da iştirak ediblər.

Xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların, ictimaiyyətin və media mənsublarının qatıldığı tədbirdə təmsil olunan Azərbaycan Respublikasının Pakistandakı səfirliyi ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələri təqdim edib, həmçinin turizm potensialını əks etdirən fotolar və əyani materiallar nümayiş etdirib.


Geri dön